AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Muharrəm İncə ordu generalını hədələdi: “Sənin poqonlarını sökəcəm”

  • + A
  • - A
  • 4-06-2018, 11:32

    Muharrəm İncə ordu generalını hədələdi: “Sənin poqonlarını sökəcəm”















    Türkiyədə prezident seçkiləri yaxınlaşdıqca rəqiblər arasında söz duelləri daha sərt xarakter almağa başlayıb.

    Sonuncu diskussiyaya isə Cümhuriyyət Xalq Partiyasının namizədi Muharrəm İncə ilə Türkiyə Silahlı Qüvvələrinin 2-ci ordu komandanı, general-polkovnik İsmail Metin Temelə söylədiyi sözlər damğa vurub.

    Partiyasının Nevşehir vilayətində keçirdiyi mitinqdə xalqa xitab edən Muhərrəm İncə general Metin Temelin Ərdoğanı bir nitqində onu alqışlamasına görə sərt şəkildə tənqid edib və seçilməsi halında poqonlarını sökəcəyini deyib.

    İncənin qəzəbinə səbəb olan nüans prezident Rəcəb Tayyip Ərdoğanın Malatyada olduğu bir tədbirdə ordu komandanının iştirak etməsi, üstəlik, onun çıxışını əl çalaraq alqışlaması olub.

    “Ərdoğan nitqində məni tənqid edir. Buna etirazım yoxdur. Mən də onu tənqid edə bilərəm. Lakin o bu çıxışını edərkən masaların birində 2-ci ordu komandanı oturur. Məni tənqid edərkən onu partiyadaşlarının alqışlaması normaldır. Lakin general niyə onlara qatılmalıdır? Ordu nizamına görə generalın həmin çıxışı alqışlaması qadağadır. Çünki bu bir siyasi fəaliyyətə qatılmaqdır və qanuna görə həmin hərbçi dərhal ixrac edilməlidlr. Mən söz verirəm ki, əgər prezident seçilsəm, həmin general avqustun 30-da (Ali Hərbi Şuranın toplantısında-red.) istefaya göndəriləcək ilk hərbçi olacaq. Millətimizin hüzurunda deyirəm, sənin poqonlarını sökməzsəm, mənə də Muharrəm İncə deməsinlər”.

    Muharrəm İncənin bu çıxışına müdafiə naziri Nurəttin Canikli olduqca sərt reaksiya verib.

    Nurəttin Canikli İsmail Metin Temelin PKK terrorçularına qarşı mübarizədə böyük şücaət göstəridiyini, habelə Türkiyənin Afrin əməliyyatını idarə edən bir komandan, Ərdoğanın isə onun ali baş komandanı olduğunu xatırladaraq Muharrəm İncəni sözlərinə görə tənqid edib. “Sizin bu poqonları sökməyə gücünüz yetməz. Türkiyə Silahlı Qüvvələrinə və onun komandanının poqonlarına dil uzatmaq həddinizə deyil”, - Canikli söyləyib.

    N.Canikli Muharrəm İncəyə “Sizin başqanınız vaxtilə Afrin əməliyyatına da qarşı çıxmışdı. Siz indi Afrinin intiqamınımı almağa çalışırsınız. Bir şey etmək istərsən, terror təşkilatının siyasi uzantılarına hər cür dəstəyi verən öz başqanının yaxasından yapış. Görünür, sizlər terrorçularla mübarizədən çox narahatsınız”, - deyə xitab edib.

    Polemikaya prezident Rəcəb Tayyip Ərdoğan da qatılıb. Ərdoğan parityasının Konyadakı Kılıçarslan meydanındakı mitinqində “Bu millət sənə o poqonlara dəyməyə fürsət verməz” deyə bildirib.

    Xatırladaq ki, may ayının 31-fdə Türkyə prezidenti Malatyada “Əsnaf (tacir) və sənətkarlar konfederasiyası tərəfindən təşkil edilən ziyafətdə Muhərrəm İncəni nəzərdə tutaraq “Çırağa (şagirdə) dükan təslim edilməz. Siyasətin şagirdlərinə də Türkiyə əmanət edilməz. Siyasətdə heç bir uğuru, təcrübəsi olmayanlara ölkə idarəçiliyini əsla vermərik. Qardaşlarım,girdiyi hər yarışı uduzanların nə özlərinə, nə də millətimizə verə biləcəyi bir fayda yoxdur”, - cümlələrini işlətmiş və onun bu sözləri general İsmail Metin Temel tərəfindən də alqışlanmışdı.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR