İsrail və HƏMAS hərəkatı arasında girovların azad edilməsinə dair razılaşmaya ikili vətəndaşlığı olanlar da daxil olmaqla, onlarla uşaq və qoca daxil ola bilər.
Bu barədə “Politiko” anonim İsrail rəsmilərinə istinadən məlumat yayıb.
“Çox güman ki, əldə olunan razılaşmaya girov götürülmüş onlarla israilli uşaq və qoca daxildir, onların arasında amerikalılar və ikili vətəndaşlığı olan bir neçə nəfər də var”, - nəşr rəsmilərə istinadla bildirib.
Vurğulanıb ki, Qəzza zolağının şimalında humanitar fasilənin rəsmiləşdirilməsi danışıqların irəliləməsinə kömək edib, lakin HƏMAS-ın Qəzza zolağında saxlanılan girovların tam siyahısını təqdim etməməsi razılaşmanı asanlıqla poza bilər.
Qeyd edək ki, daha öncə İsrail və HƏMAS-ın qarşılıqlı olaraq 100 girovu dəyişdirəcəyi barədə razılaşdığı bildirilmişdi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.