AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanın dövlət büdcəsi yanvarda proqnozdan artıq icra edilib

  • + A
  • - A
  • Bu gün, 11:31

    Azərbaycanın dövlət büdcəsi yanvarda proqnozdan artıq icra edilib

    Bu ilin yanvar ayında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 4 milyard 049 milyon 2 min manat təşkil edib ki, gəlirlərin icrası aylıq proqnozdan 89 milyon 100 min manat və ya 2,25 % çox olub.

    Bu barədə Maliyyə Naziriyi məlumat yayıb.

    Gəlirlərdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 2 milyard 259 milyon 282,5 min manat, Dövlət Gömrük Xidmətindən 487 milyon 139,2 min manat, Əmlak Məsələləri Dövlət Xidmətindən 3 milyon 335,8 min manat, Dövlət Neft Fondundan transfert isə 1 milyard 206 milyon 8 min manat təşkil edib. Dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 57 milyon 317,9 min manata, sair daxilolmalar isə 35 milyon 363,6 min manata bərabər olub.

    ​Büdcə gəlirlərindəki dinamikaya uyğun olaraq xəzinədarlıq orqanları tərəfindən bütün xərc sifarişlərinin tam həcmdə və vaxtında icrası təmin olunub. Belə ki, yanvar ayında dövlət büdcəsinin xərcləri 2 milyard 339 milyon 594,2 min manat təşkil edib ki, bu da aylıq proqnozdan 12 milyon 487,1 min manat və ya 0,54 % çoxdur.

    "​Beləliklə, cari ilin yanvar ayında rəsmi iş günlərinin sayının 18 olmasına baxmayaraq, büdcə xərcləri üzrə son illərin ən yüksək icra məbləği qeydə alınıb", - məlumatda deyilir.

    Beləliklə, dövlət büdcəsinin profisiti 1,71 milyard manat təşkil edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR