Dəyərli media nümayəndələri!Müasir dövrdə cəmiyyətin maariflənməsində, ölkədə və dünyada baş verən hadisələrin düzgün çatdırılmasında, ictimai rəyin formalaşdırılmasında kütləvi informasiya vasitələri böyük rol oynayır. Pandemiya dövrünün ağır yüklərindən biri də medianın üzərinə düşdü və media nümayəndələri bu məsuliyyətli işin öhdəsindən layiqincə gəlməyə çalışdılar. Bu gün Azərbaycanda milli mətbuatın inkişafına böyük diqqət və qayğı var. Dövlət bu sahənin inkişafı üçün bütün zəruri addımları atır. Milli Mətbuat Günü münasibətilə Sizi səmimi-qəlbdən təbrik edir, ağır və məsuliyyətli işinizdə yeni-yeni uğurlar arzulayıram.
Ceyhun Məmmədov
Millət vekili
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.