AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Həkim Əmrah Fəqanoğlunun vəziyyətindən danışdı

  • + A
  • - A
  • 24-07-2020, 16:00

    Həkim Əmrah Fəqanoğlunun vəziyyətindən danışdı
    İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) koronavirusa yoluxan böyük redaktoru Əmrah Fəqanoğlunun vəziyyəti stabil-ağır olaraq qalır.

    Bu barədə AzadMedia.Az-a onun müalicə aldığı “Yeni Klinika” tibb müəssisəsindən məlumat verilib.

    Klinikadan bildirilib ki, Ə.Fəqanoğlunun vəziyyətində ciddi dəyişiklik müşahidə edilmir:

    “Vəziyyəti ağırdır. Süni tənəffüs cihazına qoşulu vəziyyətdədir. Xəstə ağır sepsis vəziyyətindədir. Hazırki vəziyyətdə xəstəliyin gedişatı barədə hər hansı fikir söyləmək üçün çox tezdir”.

    Xatırladaq ki, Əmrah Fəqanoğlu iyulun 18-də “Yeni Klinika” tibb müəssisəsinə yerləşdirilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR