AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Vəsilə Abdulovanın kariyerasındakı uğurlar kimlərinsə yuxusuna haram qatıb

  • + A
  • - A
  • 24-07-2020, 10:30

    Vəsilə Abdulovanın kariyerasındakı uğurlar kimlərinsə yuxusuna haram qatıb

    İyunun 19-da Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) İctimai Birliyinin vebinar-konfransı keçirilib.

    Konfransada Assosiasiyanın yeni İdarə Heyəti formalaşıb. İdarə Heyətində yer alan şəxslərdən biri “Azərbaycan Dəmir Yolları” QSC-nin Maliyyə İdarəsinin müdir müavini Vəsilə Abdulovadır. Vəsilə Abdulova Azərbaycan Dəmir Yolları” QSC-nin Maliyyə rəisinin müavini, eyni zamanda Azərbaycan Voleybol Federasiyasının Maliyyə məsələləri üzrə Vitse-prezidentidir.
    22 avqust 1983-cü ildə Bakı şəhərində anadan olan Vəsilə Abulova Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin Maliyyə və Kredit fakültəsini bitirib.

    İş həyatına 2006-cı ildə "Azərinşaatservis” MMC-də İqtisadçı və Maliyyə mütəxəssisi kimi başlayıb. Daha sonra isə "Azelektromaş” MMC-də Baş Mühasib, 2014-cü ildə "Bakı Elektriktökmə” QSC-də Baş Mühasib, 2015-ci ildə isə "Nurgün” şirkətlər qrupunda Maliyyə müdiri vəzifəsində çalışıb.

    2016-cı ildə "Azərreyl” Voleybol Klubunda Baş Mühasib, 2 ay sonra isə Klubun Vitse-prezidenti vəzifəsində çalışmağa başlayıb. 2016-cı ilin may ayından "Azərbaycan Dəmir Yolları” QSC-də Yükdaşıma Departameninin Maliyyə rəisi, 2017-ci ildən "ADY” QSC-nin Maliyyə rəisinin müavini vəzifəsində çalışır. Təəssüflə qeyd etməliyik ki, Vəsilə xanımın uğurlarına sevinməyib, o, kariyerada uğur qazandıqca ayağının altını qazanlar da az deyil. Qəlbini xılt tutmuş insanlar heç cür Vəsilə xanımın uğurlarını həzm edə bilmir, hətta sifarişlə mediada əleyhinə yazılar yazdırmaqdan da çəkinmirlər. Yel qayadan heç nə apara bilmədiyi kimi, xəbis insanlar da Vəsilə xanım barədə sifarişlə şər, böhtan dolu yazılar yazdırmaqla yalnız ciblərinə zərər vermiş olurlar.
    Xatırladaq ki, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) İqtisadiyyat Nazirliyinin dəstəyilə yaradılıb və 2017-ci ildən fəaliyyət göstərir. Asossiasiyanın sədri isə Bakı Tekstil Fabrikinin direktoru Səkinə Babayevadır.

    Hazırladı: Xəlil Yusifoğlu


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR