ABŞ-ın “Chevron” şirkəti Azərbaycandakı nümayəndəliyinin ləğv olunduğunu elan edib
AzadMedia.az-ın Dövlət Vergi Xidmətinə istinadən əldə etdiyi məlumata görə, ABŞ-ın “Chevron” şirkəti Azərbaycandakı nümayəndəliyinin ləğv olunduğunu elan edib.
Belə ki, “Chevron Azerbaijan Limited” şirkətinin ləğvi ilə əlaqədar kreditorlardan iddiaların qəbul olunması iki ay ərzində Səbail rayonu, Rəsul Rza küçəsi 11 ünvanında həyata keçiriləcək.
Qeyd edək ki, əvvəllər şirkət “Azəri-Çıraq-Günəşli” yataqlarının işlənməsi və Bakı-Tbilisi-Ceyhan neft kəməri layihələrinin səhmdarı olub. Hazırda şirkət Azərbaycan heç bir layihədə iştirak etmir.
Nəzərinizə çatdıraq ki, “Chevron” 2019-cu ilin noyabrında Macarıstanın MOL şirkəti ilə Azərbaycandakı aktivlərinin 1,57 milyard dollara satılması ilə bağlı saziş imzalamışdı.