AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Beynəlxalq şirkətlərə xəbərdarlıq: “Ermənistanla əməkdaşlığı dayandırın!”

  • + A
  • - A
  • 15-10-2020, 17:05





    Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnnovasiyalar Agentliyi yüksək texnologiyalar sahəsində çalışan 43 beynəlxalq şirkətə müraciət göndərib.

    Agentlikdən verilən məlumata əsasən, müraciətdə innovativ texnologiyaların insan həyatının bütün sahələrində mühüm rol oynadığı və həmin məhsulların hərbi və mülki məqsədlərlə, həmçinin terrorla mübarizədə geniş istifadə olunduğu bildirilib.

    Müraciətdə, İnnovasiyalar Agentliyinin yüksək texnoloji məhsulların Ermənistan terror rejimi tərəfindən dinc əhaliyə qarşı istifadə edilməsinin əleyhinə olduğu xüsusi vurğulanıb və Ermənistan tərəfindən yüksək texnologiyalardan mülki əhaliyə qarşı istifadə edilməsinin dəlillərini göndərməyə hazır olduğunu bildirib.

    Agentlik, beynəlxalq yüksək texnologiyalar istehsalçılarını kamikadze dronlar üçün nəzərdə tutulan texnologiya transferini və ehtiyat hissələrin satışının dayandırılması, erməni hərbi şirkətləri və hərbi startaplar ilə əməkdaşlığı dayandırmağa çağırıb.

    Müraciətdə qeyd edilib ki, sentyabr ayının 27-də Ermənistan Azərbaycan Respublikasının ərazilərindəki qanunsuz işğallarını genişləndirmək məqsədi ilə hücuma keçərək 30 ildən çox davam edən atəşkəsi pozub:

    “Bütün bu illər ərzində Ermənistan BMT qətnamələrinə uyğun olaraq Azərbaycan Respublikasının torpaqlarını azad etməyib və 27 sentyabr 2020-ci il tarixində, saat 06:00-da Azərbaycanın daha böyük ərazilərini işğal etmək cəhdi ilə hücuma keçib. Hücumun ilk günlərindən ermənilərin əsas hədəfi dinc əhali və mülki obyektlər olub. Hazırda 1993-cü ildən BMT tərəfindən qəbul edilmiş Azərbaycan Respublikasının ərazisini və suverenliyini dəstəkləyən qətnamələr Ermənistan terrorçu rejimi tərəfindən rədd edilib.

    1988-ci ildə başlayan münaqişə zamanı Ermənistan Azərbaycan Respublikasının 20 faiz ərazisini işğal edib, 1 milyondan artıq Azərbaycan vətəndaşı məcburi olaraq yaşayış yerlərini tərk edib, 20 min nəfər öldürülüb, 50 min nəfər əlil olub və 4 min nəfər itkin düşüb. Xocalı şəhərində törədilmiş soyqırım zaman erməni terrorçularının törətdiyi vəhşilik bütün dünyanı lərzəyə gətirib”.

    Həmçinin, 11 oktyabr 2020-ci ildə ermənilər tərəfindən münaqişə zonasından 60 km uzaqlıqda yerləşən Gəncə şəhərinin dinc əhalisi hədəfə alınaraq 9 mülki şəxsin ölümü, 34 nəfərin yaralanması ilə nəticələnən terror aktı xüsusi qeyd edilib.

    Ermənistan terror rejimi tərəfindən aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının mülki şəxslərini hədəfə alaraq məlum olan bütün müharibə qanunlarını pozması, beynəlxalq səviyyədə qəbul edilmiş bütün protokollara- Cenevrə Konvensiyasına, Haaqa Konvensiyasına, Qırmızı Xaç və digərlərinə riayət etməməsi də vurğulanıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR