AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Milli Məclisdə işğaldan azad olunan kəndin adının dəyişdirilməsi ilə bağlı qanun layihəsinə baxılacaq

  • + A
  • - A
  • 22-10-2020, 11:10


    Bu gün Milli Məclisin Regional məsələlər komitəsinin növbəti iclası keçiriləcək.

    Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

    İclasda Azərbaycan Respublikasının Xocavənd rayonunun Vəng kəndinin Çinarlı kəndi adlandırılması haqqında qanununun layihəsinə baxılacaq.

    Məsələ ilə bağlı deputatlar öz fikirlərini bildirəcəklər.

    Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 20-də Xocavənd rayonun beş kəndinin Azərbaycan ordusu tərəfindən işğaldan azad edildiyini açıqlamışdı. Eyni zamanda Dövlət başçısı Vəng kəndinin adının dəyişdirilərək bundan sonra Çinarlı kəndi adlandırılacağını elan edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR