Bu gün Gürcüstanda parlament seçkiləri keçirilir. Qardaş ölkə olaraq hazırda seçki prosesini müşahidə edən deputatlar qrupuna aid olan Elnur Allahberdiyev seçki barədə təəssüratlarını Azadmedia.az Media qrupu ilə bölüşərək qeyd etdi ki, Milli Məclis bu müşahidə missiyasında 2 qrupla təmsil olunur. GUAM Parlament Assambleyasındakı nümayəndə heyətimiz və Azərbaycan-Gürcüstan dostluq qrupunun xətti ilə. GUAM PA-nın xətti ilə prosesi ilə təmsil olunan deputat bildirdi ki, onunla yanaşı həmkarları Fatma Yıldırım və Nəsib Məhəməliyev də seçkini müşahidə edir. E.Allahverdiyevin bildirdiyinə görə Dostluq qrupunda ölkəmizi millət vəkilləri Arzu Nağıyev, Məzahir Əfəndiyev və Əminə Ağazadə təmsil edirlər.
Seçkinin sakit atmosferdə keçdiyini deyən deputat fikrini yekunlaşdıraraq qeyd etdi ki, müşahidələrimiz göstərir ki, seçicilər aktivdirlər. Gürcüstanda pandemiya ilə bağlı situasiya gərgindir. Misal, üçün dünən tək Tbilisi üzrə 700-ə yaxın yoluxma qeydə alınıb. Ehtimal olunurdu ki, xususilə yaşlı nəsil məntəqələrə getməkdən çəkinəcəklər. Ancaq məcburi köçkünlərin səs verdiyi Tserovanidə yaşlı nəslin də səsverməyə gəldiklərini müşahidə etdik. Əlavə edim ki, burada səs verənlərin əksəriyyəti Cənubi Osetiyadan olan məcburi köçkünlərdir.
Azadmedia.az xatırlatma üçün nəzərə çatdırır ki, bu il seçki sistemində dəyişikliklər var. 120 deputat proporsional, 30 nəfər isə majoritar qayda ilə seçiləcək. Əvvəllər bu bölgü belə idi: 77 proporsional və 73 majoritar. Tbilisi üzrə 8, ölkənin digər hissələrində isə 22 dairə var. Deputatıarımız seçkiləri Tbilisi və Mtsxeta şəhərlərində, Tserovani yaşayış məntəqəsində müşahidə edirlər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.