AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Fərdi elektron pəncərə”dən qeydiyyat orqanı kimi istifadə ediləcək - QƏRAR

  • + A
  • - A
  • 7-11-2020, 18:20



    Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”na dəyişiklik edilib.

    Bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar qəbul edib.

    “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”na 1.3-1-ci və 1.8-1-ci bəndlər əlavə edilib.

    1.3-ə edilən əlavəyə əsasən, qeyri-hökumət təşkilatları qrant müqavilələrinin qeydə alınmasının qeydiyyat orqanının “Fərdi elektron pəncərə” elektron məlumat sistemi vasitəsilə elektron qaydada həyata keçirilməsi üçün müraciət edə bilərlər.

    1.8-ə edilən əlavəyə əsasən, qeyri-hökumət təşkilatlarının bank hesabları üzrə maliyyə əməliyyatlarının aparılması zamanı qeydiyyat orqanının “Fərdi elektron pəncərə” elektron məlumat sistemi vasitəsilə əldə edilmiş sənədlərdən kağız daşıyıcılarda elektron qaydada istifadə edilir.

    Bununla da, elektron müraciət əsasında əldə edilmiş sənədlərdən və yaxud kağız daşıyıcılarda Ədliyyə Nazirliyinin “Fərdi elektron pəncərə” elektron məlumat sistemi vasitəsilə həyata keçirilməsi müəyyən edilib.

    Qeyd edək ki, bu kimi sənədlərin təqdim olunması bu vaxtadək yalnız kağız daşıyıcılarda həyata keçirilirdi. Bununla əlaqədar Nazirlər Kabinetinin müvafiq qərarlarında  dəyişiklik edilərək uyğunlaşdırılma aparılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR