AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sabahın havası: Şaxta, qar, duman...

  • + A
  • - A
  • 15-11-2020, 14:00



    Noyabrın 16-da Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yarımadanın bəzi yerlərində yağıntının intensiv olacağı ehtimalı var.

    Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 5-9, gündüz 12-14, Bakıda gecə 6-8 gündüz 12-14 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 767 mm civə sütunu təşkil edəcək, nisbi rütubət 80-90 faiz olacaq.

    Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 5-9, gündüz 10-15, dağlarda gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 2-6 dərəcə isti olacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR