Hazırda davam edən yağışla əlaqədar bəzi ərazilərdə su yığılması halları müşahidə olunur. Bu da, öz növbəsində nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaradır.
Bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.
BNA rəsmisi sürücülərə belə ərazilərdən keçərkən diqqətli olmalarını tövsiyə edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.