Azərbaycan Amerika Mədəniyyət Alyansı və Hyuston Azərbaycan məktəbinin təşkilatçılığı ilə müharibədən zərər çəkmiş mülki insanlara dəstək üçün xeyriyyə tədbiri keçirilib.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Hyuston azərbaycanlıları ilə yanaşı, türklər, amerikalılar, türkmənlər, yəhudilər və bosniyalılar da iştirak ediblər.
Tədbirdə məktəblilərin 17 noyabr Milli Dirçəliş gününü, əsgərlərimizin şücaətini əks etdirən rəsm əsərləri nümayiş olunub və milli təamlarımız təqdim edilib.
Xeyriyyə tədbirindən əldə edilmiş 10.197 ABŞ dollarının Azərbaycanda müharibədən zərər çəkmiş mülki şəxslərin ehtiyaclarına sərf olunacağı bildirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.