AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qənirə Paşayeva həftəlik hesabat verdi

  • + A
  • - A
  • 27-11-2020, 22:13


    Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva son 5 gün içində yüzdən çox vətəndaşımızı onlayn şəkildə qəbul edərək, görüntülü danışıb, onların müraciətlərini, qayğılarını dinləyib, geniş fikir mübadiləsi aparıb və qaldırılan məsələlərin həlli istiqamətində bir sıra təşkilatlarla, mərkəzi icra hakimiyyəti orqanları ilə müzakirələr aparıb.

    Azadmedia.az xəbər verir ki, bununla bərabər, Qənirə Paşayevanın köməkçisi tərəfindən də əllidən çox müraciət dinlənilib.

    Qənirə Paşayeva həmin məsələlər barədə də aidiyyəti qurumlara müraciətlər edib. Müraciətlərin bir hissəsi artıq öz müsbət həllini tapıb.

    Sakinlərin müraciətləri arasında müalicə, təhsil, işə qəbul, ünvanlı sosial yardım, xəstəliyə görə əlillik pensiyası almaq, eləcə də su, qaz, işıq, yol problemləri, məhkəmə qərarlarının icrası ilə bağlı məsələlər daha geniş yer tutub.

    Q.Paşayeva həmçinin şəhid ailələri, yaralı hərbçilərimiz, qazilərimizlə də telefon əlaqəsi saxlayıb, onlara təşəkkür edib və mənəvi dəstək olub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR