AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Deputat əhalini düşmənlə mübarizədə olduğu kimi, virusla mübarizədə də bir olmağa səslədi

  • + A
  • - A
  • 7-12-2020, 15:52



    Məşhur Məmmədov,
    Milli Məclisin deputatı


    Hazırda ölkəmiz böyük sınaq dönəmlərindən keçir. Vətən Müharibəsini Ali Baş Komandanın qətiyyəti, uzaqgörənliyi və Ordumuzun peşəkarlığı sayəsində geridə qoyduq. Əlbəttə, Qələbə barəsində danışanda cənab Prezidentin arxasında yumruq kimi birləşən, göndərdiyi sovqatlarla, yola salma mərasimlərində etdikləri çıxışlarla, yazdıqları məktublarla Ordumuza ruh verən qədirbilən xalqımızın da zəhməti danılmazdır. Biz Vətən Müharibəsi dövründə bütün dünyaya sübut etdik ki, Dövlət, Ordu, Xalq bir olanda heç bir qüvvə ona qalib gələ bilməz.
    Müharibə dövründə cənab Prezidentin dünyanın nüfuzlu xəbər agentliklərinə müsahibələrində şahidi olduq ki, onların təmsil etdikləri dövlətlərin Azərbaycana münasibəti birmənalı deyil, onlar Azərbaycanın haqq səsini dəstəkləmir. ATƏT-in Minsk qrupu da 30 ildi münaqişəni dondurmaqla məşğul idi, illəri illərə satmaqla torpaqlarımızın işğalda qalmasında maraqlı idilər.
    Əleyhimizə olan bütün dövlətlər Dövlət-Ordu-Xalq birliyi qarşısında susmalı oldular. Azərbaycan haqq işi uğrunda, torpaqlarını işğaldan azad etmək uğrunda illərdir dünyada dondurulan münaqişələrə rəğmən ilkə imza atdı.
    Hazırda əsirlərin dəyişdirilməsi ilə bağlı danışıqlar gedir. Azərbaycan igidlərinin canı, qanı bahasına qazandığı Qələbəni möhtəşəm Qələbə Paradı ilə qeyd etməyə hazırlaşır. Ermənilərdən qənimət kimi götürdüyümüz silahların nümayişi də silahı təcavüzkar ölkəyə satan ölkələrə bir mesaj olacaq. Cənab Prezident Qələbə Paradı və ələ keçirilmiş qənimətlərlə ərazi bütövlüyümüzü dəstəkləməyən ölkərə sübniminal mesaj verəcək. Bu da bir diplomatik gediş, bu da peşəkar diplomatiyanın bir növüdür.
    Düşmən üzərində Qələbə çalsaq da, Azərbaycan digər dövlətlərlə yanaşı, COVİD-19 virusuna qarşı mübarizəni davam etdirir. Təəssüf ki, bu mübarizədə qol gücü, düşünülmüş siyasət rol oynamır. Bu xəstəliklə mübarizədə qələbə çalmağın ən başlıca yolu MƏSULİYYƏTDİR. Təəssüf ki, bu qədər insanların yoluxmasına, hətta vəfat etməsinə rəğmən hələ də bu xəstəliyi ciddiyə almayan vətəndaşlarımız mövcuddur, onların qorunmaması, xəstəliyi ciddiyə almayıb - adi qripdir deyib, izolyasiya olmaması ağır fəsadlara gətirib çıxarır.
    Fürsətdən istifadə edib vətəndaşlara çağırış edərək bildirmək istəyirəm ki, nəzərə alsınlar ki, hazırda xəstəxanalara və həkimlərimizə Vətən Müharibəsində yaralanan hərbçilərimizin daha çox ehtiyacı var. Vətəndaşlar qaydalara əməl etməyib virusu yoluxdurduqca, xəstəxanalar xəstə ilə dolduqca, onlar Qazilərimizin haqqına girmiş olurlar. Bir nüansı da unutmayaq ki, yanaşı xəstəlikləri olan həkimlərimiz müalicə etdikləri xəstələrdən virusa yoluxanda xilas ola bilmir, həyatlarını itirirlər. Bu həssas dönəmlərdə bizim həkim itirən vaxtımız deyil. Dövlət bir həkim yetişdirmək üçün illərlə əziyyət çəkir.
    Əziz vətəndaşlarımız, sonda hamınızı Vətən Müharibəsində göstərdiyiniz birliyi virusa qarşı davam etdirməyə çağırıram. Maskasız insanlar görəndə ictimai qınaq göstərin, tanıdığınız xəstə insanların cəmiyyət arasında gəzmələrinin qarşısnı alın. Vətən Müharibəsi sübut etdi ki, Xalq bir olanda ən böyük müharibələrdə qalibdi, bir olaq, qalibiyyətimizi virus üzərində də sübut edək.

    Biz birlikdə güclüyük!


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR