Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bakı şəhərinin Qaradağ rayonunda onmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində ümumi sahəsi 52 m² olan mənzilin yanar konstruksiyaları və ev əşyaları 17 m² sahədə yanıb.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.