Vətən müharibəsi zamanı hadisələri isti-isti dünyaya çatdıran jurnalistlərdən biri də “CNN Türk” telekanalının əməkdaşı Fulya Öztürk idi.
Xanım reportyor hər zaman ən qaynar nöqtələrdən çəkilişlər edir, süjetlər hazırlayır, bununla da həm yerli sakinlərin, həm də ərazidə xidmət edən hərbçilərin sevimlisinə çevrilmişdi.
Bu gün Bakıda baş tutan Zəfər Paradı və ondan sonra Türkiyə və Azərbaycan Prezidentlərinin görüşü, iki ölkə arasında sənədlərin imzalanması ilə əlaqədar Bakıya yenidən səfər edən Fulya Öztürk müharibə vaxtı dəfələrlə hadisə yerində görüşdüyü, açıqlamalar aldığı Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə növbəti dəfə görüşüb.
Tərəflərin arasındakı maraqlı söhbətin videosu sosial şəbəkələrdə yayılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.