AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Karantin tətbiq edilən rayonların kəndlərində SMS-icazə lazımdır? - AÇIQLAMA

  • + A
  • - A
  • 14-12-2020, 13:28



    Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq Qərarı ilə ölkəmizdə 14 dekabr 2020-ci il saat 00:00-dan 18 yanvar 2021-ci il saat 00:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilir.

    Həmin tarixlərdə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində vətəndaşlara (kənd və qəsəbələr istisna olmaqla) hərəkət məhdudiyyəti qoyulub.

    Qərarda mötərizədə yazılan “kənd və qəsbələr istisna olmaqla” sözləri vətəndaşlarada çaşqınlığa səbəb olub.

    Məsələ ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-ın sorğusuna cavab olaraq, bildirilib ki, həmin qeyd Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayonlarına şamil edilir:
    “Həmin rayon mərkəzlərində əhali sıx olduğundan orada insanların hərəkətinə məhdudiyyət qoyulub, yəni SMS icazə olmadan yaşayış yerini tərk edə bilməzlər. Həmin rayonların kənd və qəsəbələrində hərəkət sıxlığı müşahidə edilmədiyindən insanların hərəkəti məhdudlaşdırılmayıb, yəni mağaza və aptekə kənd, qəsəbə daxilində SMS icazə olmadan gedə bilərlər”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR