AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bank sektoru 2020-ci ili hansı nəticələrlə başa vurdu?

  • + A
  • - A
  • 29-12-2020, 15:42



    Cari ildә bank sektorunun sağlamlaşdırılması istiqamәtindә radikal addımlar atılıb, maliyyә dayanıqlığını itirmiş 4 bank sistemdәn kәnarlaşdırılıb. Hәr dörd bank üzrә әhalinin әmanәtlәrinin verilmәsi әsasәn tәmin edilib, 24 mindәn çox әmanәtçiyә 615 milyon manat mәblәğindә әmanәt qaytarılıb.

    Bu barədə Azәrbaycan Respublikası Mәrkәzi Bankının 2021-ci il üçün pul vә maliyyә sabitliyi siyasәtinin әsas istiqamәtlәri ilə bağlı bәyanatında məlumat verilib.

    Bağlanmış banklar nәzәrә alınmadan bank sektoru üzrә 11 ayda ipoteka kreditlәri 11,9 faiz, biznes kreditlәri 1 faiz artıb, istehlak kreditlәri isә 4,5 faiz azalıb. İlin әvvәlindәn bankların sәnayeyә kredit qoyuluşu 43,3 faiz artıb vә onun biznes portfelindә payı 18,4 faizdәn 26,1 faizә yüksәlib. Bundan başqa, yüksәk multiplikativ tәsirә malik olan tikintiyә kredit qoyuluşları cari ilin 11 ayında 9,1 faiz artıb vә onun portfeldә payı 11,9 faizә çatıb.

    Fәaliyyәtdә olan bankların әsas resurs mәnbәlәrindәn olan әhalinin bank әmanәtlәri bağlanmış banklar istisna olmaqla ilin әvvәlindәn dәyişmәyәrәk 7,8 milyard manat tәşkil edib.

    Bankların portfelindә problemli kreditlәrin payı il әrzindә birrәqәmli sәviyyәdә olmuş vә noyabr ayının yekunu üzrә 6 faiz tәşkil edib.

    2020-ci ilin 11 ayında banklar tәrәfindәn ümumilikdә 116,7 milyon manat mәblәğindә sәhmdar kapital artırılıb. Bank sektorunun likvid aktivlәri 9 milyard manatdır vә bank sistemi üzrә ani likvidlik әmsalı 59 faiz tәşkil etmәklә, normativi 2 dәfәyә yaxın üstәlәyir.

    Yaranmış qeyri-müәyyәn şәraitә vә iqtisadiyyatda resessiyaya baxmayaraq, sığorta sektorunda ilin әvvәlindәn başlanmış artım davam edilir. Ötәn ilin müvafiq dövrünә nәzәrәn 11 ayda sığorta haqları 9 faiz artıb. Sığorta haqları könüllü hәyat sığortasında 14 faiz, könüllü qeyri-hәyat sığortasında 7 faiz, icbari sığorta növlәrindә isә bütövlükdә 4 faiz artıb. Sığorta sektorunun aktivlәrindә ciddi azalma müşahidә edilmәyib. Dövr әrzindә mәcmu kapitalı mәqbul sәviyyәdә olmayan üç sığorta şirkәti mövcud qanunvericilik çәrçivәsindә görülәn nәzarәt tәdbirlәri nәticәsindә sektordan kәnarlaşdırılıb.

    2020-ci ilin 11 ayında keçәn ilin müvafiq dövrünә nәzәrәn ticarәt hәcmi korporativ qiymәtli kağızların tәkrar bazarında 1,7 dәfә, repo bazarında isә 1,9 dәfә artıb.

    Azәrbaycan Respublikasının Prezidentinin mart ayında imzaladığı müvafiq sәrәncama vә Nazirlәr Kabinetinin tәsdiq etdiyi antiböhran planına uyğun olaraq Mәrkәzi Bank pandemiyadan tәsirlәnәn әhali, biznes vә maliyyә institutları üçün bir sıra tәnzimlәyici güzәştlәr barәdә qәrarlar qәbul edib. Bu qәrarların icrası çәrçivәsindә banklar tәrәfindәn ilin ötәn dövründә 50 min borcalanın 1,2 milyard manat krediti restrukturizasiya edilib. Restrukturizasiya olunmuş mәblәğin 87 faizi biznes, 9 faizi istehlak, 4 faizi isә ipoteka kreditlәrinin payına düşüb.

    Banklar tәrәfindәn sahibkarlıqla mәşğul olan fiziki vә hüquqi şәxslәrә nağdsız ödәnişlәr üzrә xidmәt haqlarına 50 faizdәk güzәşt tәtbiq edilib. İşsiz kimi qeydiyyata alınan 600 min vәtәndaşa birdәfәlik ödәnişlәrin verilmәsi üçün әn qısa müddәtdә bank hesabları açılıb vә ödәmә kartları tәqdim edilib.

    Pandemiya şәraiti bank sektoruna, әhaliyә, biznes qurumlarına rәqәmsallaşmanın zәruriliyini bir daha sübut etdi. 11 ayda ötәn ilin müvafiq dövrünә nәzәrәn ödәniş kartları vasitәsilә aparılan ölkәdaxili nağdsız әmәliyyatların hәcmi 34 faiz, tәmassız ödәnişlәrin hәcmi 5,2 dәfә, internet vә mobil bankçılıq üzrә aparılan hesablaşmaların hәcmi isә müvafiq olaraq 65 faiz vә 90 faiz artıb.

    Aprel ayından başlayaraq özünümәşğulluq proqramı çәrçivәsindә Mәrkәzi Bankın tәşviqi ilә 21 bank tәrәfindәn hәssas әhali qrupuna daxil olan 591 nәfәrә 1,7 milyon manatlıq istehsal vә ictimai iaşә avadanlıqları, iri vә xırda buynuzlu mal-qara kimi müxtәlif aktivlәr tәqdim edilib.

    Real iqtisadiyyatın dayanıqlı maliyyә resurslarına çıxışının dәstәklәnmәsi mәqsәdilә Avropa Yenidәnqurma vә İnkişaf Bankı ilә Mәrkәzi Bank arasında 2020-ci ildә maksimal hәddi 50 milyon ABŞ dolları olmaqla, ümumilikdә 200 milyon ABŞ dolları mәblәğindә svop әmәliyyatlarının aparılmasına dair razılıq әldә olunub. Bu günә Avropa Yenidәnqurma vә İnkişaf Bankı ilә bağlanmış aktiv svop әmәliyyatları 18,2 milyon dollardır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR