AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Deputat şəhid ailələri və qazilərlə görüşdü - FOTOLAR

  • + A
  • - A
  • 28-01-2021, 14:00


    Deputat Ceyhun Məmmədov Biləsuvar rayonundakı Cəbrayıl qəsəbəsinə səfər edib. Öncə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq dərin ehtiramını bildirib, parkda görülən abadlıq işləri ilə tanış olub və daha sonra “Şəhidlər” Abidə Kompleksini ziyarət edərək, vətən uğrunda canlarından keçmiş şəhidlərimizə Allahdan rəhmət diləyib.

    Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənovla görüşərək, gələcəkdə Cəbrayıl rayonunda görüləcək işlərlə bağlı geniş fikir mübadiləsi aparılıb.

    Deputat Biləsuvar rayonu Cəbrayıl qəsəbəsindəki məzarlıqda uyuyan şəhidlərimizin məzarlarını ziyarət edərək xatirələrinə dərin ehtiramını bildirib, ailə üzvlərinə baş çəkərək onlara səbr diləyib. C.Məmmədov daha sonra Vətən müharibəsi zamanı yaralananların ailələrinə baş çəkib, sağlamlıqları ilə maraqlanıb.

    Deputat Beyləqan və Sabirabad rayonlarına da səfər edib, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhid hərbi qulluqçuların məzarlarını ailə üzvləri ilə birlikdə ziyarət edib. Deputat Uca Tanrıdan bütün şəhidlərimizə rəhmət dilədiyini, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhid və qazilərimizin ailələrinə hər zaman diqqət göstəriləcəyini bildirib.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR