AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Millət vəkili barəsində səslənən ittihamların heç bir hüquqi əsası yoxdur

  • + A
  • - A
  • 29-01-2021, 11:00

    Millət vəkili barəsində səslənən ittihamların heç bir hüquqi əsası yoxdur

    Bir neçə gündür ki, ayrı-ayrı xəbər portallarında və bəzi sosial şəbəkə istifadəçilərinin yazdıqları müəyyən açıqlamalarda, 17 saylı Yasamal üçüncü seçki dairəsindən millət vəkili olan Elnur Allahverdiyev barəsində heç bir əsası olmayan, cəfəng tənqidi fikirlər tirajlanmaqdadır. Təəssüf doğuran hal odur ki, müəlliflər səsləndirdikləri fikirləri xəyallara dalaraq kimlərdənsə eşitdikləri, yaxud da kimlərinsə danışdıqları əsasında yayımlayıb, bir növ geniş ictimaiyyəti çaşdırmağa çalışırlar. Yəni, bu cür addımların atılmasında əsas məqsəd, birbaşa millət vəkili Elnur Allahverdiyevin fəaliyyətinə, onun işgüzar nüfuzuna kölgə salmaq niyyəti güdülür. Başqa bir faktı qeyd edək ki, “Kontakt Home” mağazalar şəbəkəsi sahibinin bu şəxs olması iddiası irəli sürülür, eyni zamanda istehlakçılara lazımi səviyyədə xidmətin göstərilmədiyi, hətta onların aldadıldıqları da dlə gətirilir. O halda sual oluna bilər ki, “Kontakt Home” mağazalar şəbəkəsinin əməkdaşları tərəfindən istehlakçılar həqiqətən də aldadılırlarsa, nə əcəb onlar belə bir əməllərin araşdırılması ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etmirlər? Digər tərəfdən, heç cür onu da inkar etmək olmaz ki, alıcı qismində iştrak edənlərin hamısı passiv kateqoriyaya məxsus şəxslərdirlər və onlar öz hüquqlarının bərpasına nail olmaqda acizdirlər.

    Başqa bir faktı qeyd edək ki, guya xəbər portallarının əməkdaşları internet üzərindən apardıqları araşdırmalar zamanı onu dəqiqləşdirə biliblər ki, Elnur Allahverdiyevin atası mərhum Marat Allahverdiyev, vaxtilə ulu öndər Heydər Əliyevin əleyhinə çıxmış, mərhum Prezident haqqında kəskin ifadələr də işlətmişdir.Yenə də meydana belə bir sual çıxır ki, bu haqda kim hansı mənbəyə, hansı fakta əsaslanıb ki, bu cür əsassız, ucuz açıqlamaları yayımlamaq qərarına gəlir? Daha yaxşı hal olmazmı ki, illüziyalarla çıxış edənlər, məhz söylədiklərini təsdiq etmək üçün ortaya əsaslı faktlar qoysunlar. Digər tərəfdən, xəbər portallarının əməkdaşları, sosial şəbəkə istifadəçiləri Marat Allahverdiyevi Azərbaycan Respublikasının ilk prezidenti olmuş Ayaz Mütəllibovun dönəmi zamanı, vəzifə daşıdığına görə də ittiham edirlər. Sual oluna bilər ki, məgər həmin illərdə Marat Allahverdiyevin vəzifə sahibi olması Konstutisiya ilə qadağan olunur ki, o, belə bir statusdan məhrum olsun?

    Diqqəti cəlb edən hal odur ki, guya müstəqil araşdırmaçı jurnalistlərdən biri hansısa araşdırmanı aparıb, o halda həmin şəxsə Elnur Allahverdiyevin qalmaqallı bir iş adamı olması, “Kontakt Home” mağazalar şəbəkəsinə isə, MTN-nin generallarından birinin “krışa”lıq etməsi bəlli olub. Çox maraqlı və gülünc doğuran haldır ki, kimlərsə vaxt itirib belə bir əsassız açıqlamaları yaymaqla məşğul olurlar. Təəssüflər olsun ki, Elnur Allahverdiyev bir neçə dəfə media qarşısında açıqlama verib ki, “Mən Milli Məclisə deputat seçildikdən sonra sahibkarlıq fəaliyyətimə son qoymuşam və şirkətdəki vəzifəmdən də istefa vermişəm” desə də, bəzi şəxslər onun belə bir açıqlamasını hələ də anlaqlı şəkildə qəbul etmirlər, yaxud da qəbul etmək istəmirlər. Hətta, adı çəkilən bu şəxs “Düşünürəm ki, professional jurnalist və ya bloggerlər bunu bilməmiş deyillər. Bununla belə, onlara fəaliyyətlərində uğurlar arzu edirəm, sadəcə, bəzi qarayaxmalara görə təəssüf hiss keçirirəm. Mənə elə gəlir, professionallıq nöqteyi-nəzərdən bu, onların özlərinin obyektivliyi üçün də ziyanlı mövqedir” deyə, ortaya belə bir mövqeyini qoymağı da unutmur.

    Bütün bunlar onu söyləməyə əsas verir ki, bu gün ayrı-ayrı xəbər portallarının əməkdaşları və bəzi sosial şəbəkə istifadəçiləri məsələ və problemlərin mahiyyətinə reallıqdan deyil, məhz hansısa maraqlar əsasında yanaşdıqları üçün, hazırda ictimai fikirdə müəyyən anlaşılmazlıq yaransa da, bunlar heç də əsaslı faktlara çevrilə bilmirlər.

    Xəlil YUSİFOĞLU


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR