AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Palladium Defence and Security Solutions” MMC xəbəri təkzib etdi

  • + A
  • - A
  • 30-01-2021, 16:59


    “Palladium Defence and Security Solutions” MMC saytlarda barəsində yazılan yazılara təkzib press-relizi göndərib. MMC-nin Azadmedia.az saytına göndərdiyi məktubu olduğu kimi dərc edirik:
    "“Palladium Defence and Security Solutions” MMC barəsində saytlarda 30.01.2021-ci il tarixdə dərc olunan məqalədə doğru olmayan məlumat verilib. Cəmiyyətimiz həmin məlumata rəsmi cavab olaraq bildirir ki, “Palladium Defence and Security Solutions” şirkəti Sərhəd Təhlükəsizliyi Sistemləri və Aviasiya Təhlükəsizliyi xidməti sahəsində fəaliyyət göstərmir.

    Hal-hazırda “Palladium Defence and Security Solutions” şirkəti ilə Dövlət Sərhəd Xidməti (DSX) arasında məhsuldar əməkdaşlıq fəaliyyəti uğurla davam etdirilir. Birgə fəaliyyət əsasında bütün məsələlər tərəflərin qarşılıqlı anlaşma əsasında daima həll olunur.

    Bundan başqa məqalədə qeyd olunan Dövlət Sərhəd Xidməti ilə Cəmiyyət arasında gedən məhkəmə işi, mübahisə öhdəliklərin yerinə yetirilməsi ilə bağlı deyil, satınalmaların keçirilməsi qaydalarında olan boşluq ilə bağlıdır. Bu boşluğun aradan qaldırılması Azərbaycan qanunvericiliyinə əsasən yalnız məhkəmə yolu ilə aparılmalıdır.

    Fürsətdən istifadə edərək Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev rəhbərliyi altında 44 gün davam edən Vətən müharibəsində dövlətin bütün güc stukturlarının əməyini yüksək qiymətləndiririk. Dövlət Sərhəd Xidmətininə işğaldan azad olunmuş dövlət sərhədlərinin xidmətində də uğurlar arzulayırıq!".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR