Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən yerli vaxtla saat 19:36-da Ermənistan ərazisində Göyçə gölünün yaxınlığında zəlzələ qeydə alınıb.
Respublika Seysmoloji Xidmət Mərkəzindən Azadmedia.az-a verilən məlumata görə, 5.5 bal gücündə olan zəlzələnin dərinliyi 2 kilometrdir.
Qedy edilib ki, zəlzələ Azərbaycanın sərhəd bölgəsində - Qazax,Tovuz, Gədəbəy, Gəncə, Şahbuzda 5-4 bal, digər rayonlarda isə 4-3 bala qədər hiss olunub.
20:14
Azərbaycanın qərb bölgəsində zəlzələ baş verib.
Azadmedia.az xəbər verir ki, təbii fəlakət Gəncə, Göygöl, Daşkəsən, Gədəbəy, Şəmkir, Qazax və digər rayonlarda hiss olunub.
Azərbaycanda baş verən zəlzələ Gürcüstanda da hiss olunub.
Bu barədə Gürcüstanın Seysmoloji Monitorinq Milli Mərkəzindən bildirilib.
Məlumata əsasən, güclü yeraltı təkanlar Tbilisi və ətraf ərazilərdə hiss edilib (report).
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.