AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Deputat vətəndaşları koronavirusa qarşı peyvəndlərlə bağlı şayiələrə inanmamağa çağırıb

  • + A
  • - A
  • 12-02-2021, 17:29

    Deputat vətəndaşları koronavirusa qarşı peyvəndlərlə bağlı şayiələrə inanmamağa çağırıb

    “Hamı ümidlə COVID-19-a qarşı peyvəndin tapılmasını gözləyirdi. Artıq bir neçə vaksin hazırlanıb və tətbiq olunmağa başlayıb. Hazırda dünyanın inkişaf etmiş əksər ölkələrində vaksinasiya aparılır. Ona görə də koronavirusa qarşı peyvənd olunmaqdan çəkinmək lazım deyil”.

    Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Ülvi Quliyev bildirib.

    O xatırladıb ki, bir ildən çoxdur dünyanı koronavirus pandemiyası bürüyüb, nəticədə 106 milyondan çox insan virusa yoluxub, 2 milyon 300 mindən çox şəxs vəfat edib. Pandemiyanın qarşısını almaq üçün çoxlu sayda məhdudiyyətlər tətbiq edilib, gündəlik həyat iflic olub: “Bütün mütəxəssislər ilk gündən deyirdilər ki, vəziyyətdən yeganə çıxış yolu vaksinin tapılmasıdır. Bu müddət ərzində dünyanın aparıcı elmi mərkəzlərində araşdırmalar aparılırdı, alimlər gecə-gündüz çalışırdılar. Gərgin əmək nəticəsində ərsəyə gətirilən vaksin koronavirusla mübarizədə bir ümidə çevrilib. Lakin bununla bağlı müxtəlif şayiələr yayılır. Həmin şayiələrə inanmaq olmaz, yalnız mütəxəssislərin fikirlərinə etibar etmək lazımdır”.

    Ü.Quliyev vurğulayıb ki, koronavirus pandemiyası başladığı ilk günlərdə bununla bağlı müxtəlif şayiələr dolaşırdı və bu da virusun daha geniş yayılmasına səbəb olurdu: “Nəhayət, insanlar da gördülər ki, belə dedi-qodulara inanmaq özlərinə ziyan vurur. Ona görə də daha çox mütəxəssislərə inanmamağa başladılar. İndi eyni vəziyyət koronavirusa qarşı peyvəndlərlə bağlı müşahidə olunur. Mən vətəndaşlarımızı belə şayiələrə inanmamağa çağırıram. Çünki COVID-19-a qarşı peyvənd uzun araşdırmalar nəticəsində əldə olunub, sınaqdan keçirilib və daha sonra tətbiq edilməyə başlayıb. Bu spesifik sahədir, yalnız mütəxəssis sözünə etibar etmək lazımdır”.

    Deputat bildirib ki, Azərbaycan Çinin “Sinovac” şirkətinin istehsal etdiyi “CoronaVac” peyvəndini alıb və hazırlanan vaksinlər arasında ən etibarlılardan biri sayılır: “Qardaş Türkiyə də “CoronaVac” peyvəndi alıb və vətəndaşların vaksinasiyası aparılır. Bu vaksinlərlə bağlı indiyədək heç bir mənfi hal qeydə alınmayıb, peyvənd olunan insanlar özlərini yaxşı hiss edirlər. Ona görə də vətəndaşlarımız rahat şəkildə peyvənd oluna bilərlər”

    Ü.Quliyev deyib ki, Azərbaycan koronavirusa qarşı peyvənləmə aparan ilk dövlətlərdəndir və buna sevinmək lazımdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR