AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Salyan Regional Qaz İstismar İdarəsindən yenilik: - Rəis zəngləri özü qəbul edəcək

  • + A
  • - A
  • 20-02-2021, 21:06


    Havaların soyuq keçməsi ilə əlaqədar qaza olan təlabat artıb. Bu səbəbdən də bəzən qazın təzyiqi azalır, əhali tərəfindən narazılığa səbəb olur. Narazılıq edənlər arasında Salyan rayon abonentləri də var, onlar iddia edir ki, onlara verilməli olan qaz istixanalara verilir, şikayətlərə baxılmır.
    Mövzunun və problemin aktuallığını nəzərə alaraq Salyan Regional Qaz İstismar İdarəsinin rəisi Namiq Məmmədovla əlaqə saxladıq.
    Namiq Məmmədov Azadmedia.az-la söhbəti zamanı ittihamlarla razılaşmayıb qeyd etdi ki, istixanalar tamamilə qanunauyğun, dövlət tərəfindən müəyyənləşdirilən tariflə qaz alırlar. Onlara verilən qaz abonentlər hesabına verilmir. Söhbət zamanı onu da öyrəndik ki, axşam pik saatlarda 104 xidmətində Namiq müəllim bu gündən şəxsən özü əyləşir, İdarənin rəhbər heyəti növbəli şəkildə qaynar xəttə olan zəngləri monitorinq edəcəklər. Bütün heyət bu addımın İdarənin işinə böyük fayda verəcəyinə əmindir.
    İdarə rəisi əlavə olaraq onu da qeyd etdi ki, 20 Yanvar və Plastmas yaşayış massivlərinin qaz təchizatının yaxşılaşdırılması məqsədilə 4000 metrə yaxın yeni xəttin çəkilişi yekunlaşır. Gələn həftə açılış olunması planlaşdırılıb. İnşallah, yeni xətt istifadəyə verildikdən sonra o ərazilərdə qazla bağlı heç bir problem olmayacaq.
    Müəllifdən: Son vaxtlar Azəriqaz İB anonentlərinə açıq və operativ fəaliyyətilə bütün diqqətləri özünə cəlb etməyi bacarıb. Azəriqaz İB-nin baş direktoru Ruslan Əliyev dəfələrlə facebook üzərindən abonentlərlə canlı görüş keçirir, problemlərlə şəxsən maraqlanır və həlli yolunda tapşırıqlarını verir.
    Azəriqaz İstehsalat Birliyi adminliyi ilə fəaliyyət göstərən facebook səhifələri də sutka ərzində abonentlərin problemləri ilə maraqlanır, məsələni aidiyyatı şəxslərə yönləndirir. İnanırıq ki, tezliklə bütün ölkə üzrə abonent məmnunluğunun şahidi olacağıq.
    Elnurə Abuşova


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR