Türkiyə və Fransa prezidentləri arasında telefon danışığı olub
![]()
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.
Azadmedia.az xəbər verir ki, liderlər beş aylıq fasilədən sonra Türkiyə-Fransa münasibətlərini, mövcud problemləri müzakirə ediblər. Bildirilir ki, Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə-Fransa əməkdaşlığının çox ciddi potensiala malik olduğunu dilə gətirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.