AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanda Britaniya ştammı aşkar olundu - RƏSMİ

  • + A
  • - A
  • 18-03-2021, 12:46



    Azərbaycanda koronavirusun yeni ştammı aşkarlanıb.

    Bu barədə TƏBİB-dən məlumat verilib.

    Azərbaycana xaricdən daxil olan və ölkədə yaşayan şəxslərdən alınan nümunələrdə mütəmadi olaraq SARS-CoV-2 genom analizləri edilərək şübhəli variantlar təqib olunur.

    Bu barədə Milli Hematologiya və Transfuziologiya Mərkəzindən bildirilib. Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Genetik Diaqnoz Mərkəzində SARS-CoV-2 genom analizi edilən üç nümunədə 501Y.V1, B.1.1.7 (Britaniya variantı) aşkar edilib.

    Qeyd edək ki, ölkəmizdə koronavirus əleyhinə istifadə olunan “CoronaVac” vaksini yeni ştammlara qarşı da effektivdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR