İşğaldan azad olunan ərazilərdə potensial turizm marşrutlarının hazırlanmasına başlanılıb.
Bu barədə Dövlət Turizm Agentliyinin Regional turizmin inkişafı sektorunun müdiri Elgün Cavadov məlumat verib.
O qeyd edib ki, hazırda araşdırmalar davam edir:
“Çünki indi işğaldan azad edilmiş ərazilərdə dövlət qurumları infrastrukturun birgə qiymətləndirilməsi işlərini aparır. İlkin qiymətləndirmələrdən, yolların haradan keçəcəyi aydınlaşdıqdan, infrastruktur hazır olduqdan sonra biz öz qiymətləndirməmizi aparacağıq”.
Onun sözlərinə görə, Şuşa həm daxili, həm də xarici turizmdə əsas mərkəz olacaq:
“Şuşa ilə bağlı planlar çoxdur. Yaxın gələcəkdə ictimaiyyətə geniş açıqlamalar verəcəyik”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.