AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Gürcüstanın Baş naziri azərbaycandilli qəzeti təbrik etdi

  • + A
  • - A
  • 23-05-2021, 10:40


    Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bu ölkədə dərc olunan azərbaycandilli “Gürcüstan” qəzetini 100 illiyi münasibətilə təbrik edib.

    AzadMedia.az xəbər verir ki, Baş nazirin təbrik məktubu “Gürcüstan” qəzetinin son sayında dərc olunub.

    Nəşrin kollektivini təbrik edən hökumət başçısı qeyd edib ki, qəzet bir əsrdir ənənəsinə sadiq qalaraq azərbaycandilli əhaliyə layiqincə xidmət edir.

    Baş nazirin təbrik məktubunda deyilir: “Gürcüstan” qəzeti ölkənin çoxmədəniyyətli cəmiyyətinə, qardaşlıq və qarşılıqlı hörmətə böyük töhfə verir. Əminəm ki, nəşr bundan sonra da işini şərəflə davam etdirəcək və biz birgə səylərlə güclü, demokratik və vahid Gürcüstan qura biləcəyik”.

    Qeyd edək ki, nəşrin sələfi olan “Kommunist” qəzetinin ilk sayı 1921-ci ilin martında işıq üzü görüb. Qəzet daha sonra “Yeni fikir”, “Yeni kənd” və “Sovet Gürcüstanı” adlandırılıb, 1990-cı ilin noyabrın 15-dən isə “Gürcüstan” adı ilə nəşr olunur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR