Türkiyənin Milli Təhsil Nazirliyinə bağlı olan Bakı Türk Anadolu Liseyinin müəllimləri “Mehtər Takımı” yaradıb.
Bakı Türk Anadolu Liseyinin müəllimləri Azərbaycanda məktəblərin koronavirus tədbirləri ilə bağlı uzun müddət bağlandığı bir zamanda “Mehtər Takımı” yaratmaq qərarına gəlib.
Qrupun yaradılması işini liseyin müdir müavini və musiqi müəllimi Serkan Ün öz üzərinə götürüb.
Müəllimlərdən ibarət olan “Mehtər Takımı” ilk çıxışını 19 May - Atatürkü Anma, Gənclik və İdman Bayramı mərasimində məktəbdə reallaşdırıb.
Sinif rəhbərindən riyaziyyat müəlliminə, fizika müəllimindən rəhbərliyə qədər 25 müəllimdən ibarət olan qrupun nümayiş etdirdiyi çıxış peşəkar “Mehtər Takımı”nın çıxışlarından geri qalmırdı.
Serkan Ün yaratdıqları “Mehtər Takımı”nın və nümayiş etdirdikləri çıxışın il yarımlıq pandemiya müddətinin yaratdığı hüznün partlayışa çevrilməsi mənasına gəldiyini deyib.
Pandemiya dövründə müəllimlərin şagirdlərinə, şagirdlərin də məktəbə həsrət qaldığını qeyd edən Serkan Ün "Müəllim yoldaşlarımızla bir şey etmək istədik. Qısa müddət ərzində oldu, amma düşünürəm ki, bacardıq. Müəllim yoldaşlarımızın dəyərli səyləri və zəhmətləri ilə bu günü gördük. Gələcək təkliflərə açıqıq. Bu bizim əvəzolunmaz bir mədəniyyətimizdir. Mehtər bir ruhdur, ənənəmizdir. Bunu Bakıda yaşada bilsək çox xoşbəxt olarıq.", - deyə bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.