“Qarabağdakı vəziyyətin tənzimlənməsi istiqamətində işlər hər gün davam etdirilir”.
Bunu "İzvestiya"ya açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova deyib.
“Xarici işlər nazirləri ilə danışıqlar, məsləhətləşmələr aparılır. Xarici işlər nazirlikləri ilə və səfirliklər vasitəsi ilə hər gün qarşılıqlı əlaqə qururuq. Həm Rusiya-Azərbaycan, həm də Rusiya-Ermənistan xəttindəki siyasi şöbələr arasında telefon danışıqlarına dair xəbərlər mütəmadi olaraq yayımlanır. Bu vəziyyətin həlli üçün həm qaynar mərhələdə və həm də münaqişədən sonrakı mərhələdə ölkəmiz tərəfindən böyük səylər göstərildi”.
Zaxarova qeyd edib ki, söhbət təkcə siyasi və diplomatik səylərdən deyil, Rusiya rəhbərliyinin şəxsi səylərindən də gedir:
“Şübhəsiz, vəziyyəti təmin etmək üçün hər gün gücünü, ruhunu və bacarıqlarını, peşəkarlığını, bacarıqlarını ortaya qoyan sülhməramlılarımızın da rolu böyükdür”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.