AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rauf Dadaşov “Space”ə gətirilir - İşçilər məzuniyyətə göndərilir

  • + A
  • - A
  • 4-06-2021, 11:31


    “Space” teleradio şirkətinə yeni rəhbər gətirilən Müşfiq Hətəmov televiziyada ciddi dəyişikliklər etməyə başlayıb.

    “Qafqazinfo”nun məlumatına görə, Hətəmov kanalın heyətini az qala, tamamilə dəyişmək qərarına gəlib. Belə ki, 15 ildir “Space” TV-də icraçı direktor vəzifəsində çalışan Kamil Şahverdiyevin yerinə ATV-nin vitse-prezidenti vəzifəsində işləmiş Rauf Dadaşovun gətiriləcəyi deyilir.

    Kanaldan aldığımız məlumata əsasən, R. Dadaşov ya icraçı direktor, ya da proqramlar şöbəsinə rəhbər gətiriləcək.
    Rauf Dadaşov “Space”ə gətirilir - İşçilər məzuniyyətə göndərilir

    Artıq o, bir neçə dəfə “Space”ə gələrək vəziyyətlə tanış olub. Dadaşovun Şahverdiyevin işlərini tam təhvil verməsindən sonra vəzifəsinin icrasına başlayacağı gözlənilir.

    Eyni zamanda, iyunun 15-dən etibarən işçilərin əksəriyyətinin öz hesabına məzuniyyətə yola salınacağı deyilir. Bununla da, ənənəvi proqramların yayımı dayandırılacaq. İki aylıq fasilədən sonra televiziya yeni formatda, yeni işçilərlə yayıma başlayacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR