AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Kəlbəcərdə baş verən bu hadisə bir daha onu göstərir ki, minalar məqsədli şəkildə yerləşdirilib

  • + A
  • - A
  • 4-06-2021, 21:18


    Məşhur Məmmədov,
    Milli Məclisin deputatı

    Bu gün AzTV və AZƏRTAC-ın jurnalistləri xidməti vəzifələrini yerinə yetirərkən Ermənistan qoşunlarının Kəlbəcərdən çıxarkən qəsdən yerləşdirdiyi minanın qurbanı olublar.
    Yayılan rəsmi məlumata görə səhər saatlarında Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində hərəkət olan yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsi tank əleyhinə minaya düşdüb, partlayış nəticəsində çəkiliş qrupunun iki nəfər üzvü - Azərbaycan Televiziyasının operatoru Sirac Abışov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov, habelə rayon icra hakimiyyətinin nümayəndəsi Arif Əliyev həlak olub, 4 nəfər isə yaralanıb. Azərbaycan tərəfi Ermənistanın beynəlxalq humanitar hüququ, o cümlədən 1949-cu il Cenevrə Konvensiyalarını kobud şəkildə pozaraq Azərbaycan ərazilərində məqsədli şəkildə və geniş miqyasda minalar basdırması məsələsini davamlı şəkildə beynəlxalq müstəvidə qaldırır. Təəssüf ki, Avropa və Qərb həmişəki kimi susqunluq göstərir. Bu gün Kəlbəcərdə baş verən bu hadisə bir daha onu göstərir ki, bu ərazidəki minalar Ermənistan tərəfindən məcburi geri çəkilmə mərhələsində məqsədli şəkildə yerləşdirilib. Məqsəd isə Azərbaycan tərəfinə mümkün qədər ziyan vurmaq və evlərinə qayıdacaq mülki əhaliyə əlavə maneələr yaratmaq, insanları panikaya salıb, qorxu içində yaşatmaqdır.
    Keçən ayın sonu - mayın 27-də saat 03.00 radələrində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində ərazimizə keçməyə cəhd göstərmişdi. Düşmən Azərbaycan Ordusunun sərhəddə yerləşən mövqelərinə aparan təminat yolunda minalama fəaliyyəti həyata keçirərkən dərhal görülən əməliyyat tədbirləri nəticəsində qarşı tərəfin 6 hərbi qulluqçusu mühasirəyə alınaraq zərərsizləşdirilib götürülmüşdü.
    Bu onu göstərirdi ki, Ermənistan tərəfi həm hərbi, həm də mülki şəxslərin həyatı və təhlükəsizliyinə ciddi təhlükə yaratmaqda davam edir, beləliklə də bölgədə vəziyyətin gərginləşməsinə xidmət edir.
    6 təxribatçı erməni diversantları tutularkən Avropa ölkələri humanist dövlətə döndü, hamısı onların azadlıqlarını tələb etdi. Halbu ki, onların təxribatla məşğul olması, sərhədə terror üçün gəlməsi hər kəsə məlum idi. Təəssüf ki, ikili standartlarla rol oynamağı sevən Avropa yenə “sülhsevər” oyununa davam etdi.
    Prezidentin köməkçisi Hikmət Hacıyev Beynəlxalq Təşkilatları Kəlbəcərdə baş verən terroru pisləməyə çağırıb.
    Ölkədə 2 jurnalist həyatını itirib, hələki ATƏT nümayəndəsi, Rusiyanın Azərbycandakı səfirliyi, İtaliya səfirliyi, İqor Kortoçenko, Metyu Brayza, Litva səfirliyi, Fransanın ölkəmizdəki səfirliyi bu gün baş verən terror hadisəsinə münasibət bildirib.
    XİN vasitəsilə Beynəlxalq ictimaiyyəti Ermənistanın beynəlxalq öhdəliklərini kobud şəkildə pozmasına, o cümlədən məqsədli şəkildə minalar yerləşdirmək siyasətinə göz yummamağa və Ermənistandan beynəlxalq hüquq qarşısında üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməsini tələb etməyə çağırırıq.
    Cənab Prezident hər dəfə işğalçı ölkəyə xatırladır ki, özünüzü yığışdırın, “dəmir yumruq” yerindədir. Azərbaycanın da səbr göstərməsi bir yerə qədərdir. Güclü dövlətimiz güclü orduya sahibdir, bu ordu vətənin hər bir qarışına göz dikənlərin gözlərini ovmağa qadirdir.
    Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralılara isə Allahdan şəfa diləyirəm.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR