AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Milli Qurtuluş Günü ədliyyə orqanlarında qeyd olunub

  • + A
  • - A
  • 14-06-2021, 19:53


    Ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyun ayının 15-də ölkə rəhbərliyinə qayıdışı xalqımızın və müstəqil dövlətimizin xilasının başlanğıcı olmaqla bu tarixi hadisə respublikamızda Milli Qurtuluş günü kimi geniş qeyd edilir.
    Bu əlamətdar gün münasibətilə ədliyyə orqanlarında xüsusi karantin rejiminə əməl olunmaqla tədbirlər təşkil edilib, Ulu Öndər Heydər Əliyevin nazirlikdəki büstü önünə gül dəstələri qoyulub, əziz və işıqlı xatirəsi dərin ehtiramla yad olunub.
    Ədliyyə naziri Fikrət Məmmədov Ümummilli Lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında fədakar fəaliyyətindən, xilaskarlıq missiyasından bəhs edib, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində mühüm xidmətlərindən danışıb. Bildirib ki, dahi şəxsiyyət Heydər Əliyevin ən böyük arzusu Qarabağın düşmən tapdağından azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi. Ulu Öndərin bu arzusunu, ən ümdə vəsiyyətini şərəflə yerinə yetirən ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız 30 illik erməni işğalından azad edildi, xalqımız öz dədə-baba yurdlarına qovuşdu.

    Ulu Öndərin uca ruhunun şad olduğunu söyləyən nazir dövlət başçısı tərəfindən və Heydər Əliyev Fondunun rəhbəri, respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə azad olmuş ərazilərimizdə nəhəng bərpa-quruculuq işlərinin aparıldığını qeyd edib, torpaqlarımızın dirçələcəyini və orada yenidən həyatın tezliklə qaynayacağını vurğulayıb.
    Milli Qurtuluş Günü münasibətilə gənc ədliyyə işçiləri və könüllüləri ilə "Ümummilli lider Heydər Əliyevin böyük xilaskarlıq missiyası" mövzusunda onlayn mühazirə keçirilib.
    Tədbirə dəvət olunmuş Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor Anar İsgəndərov müstəqil dövlətimizin qurtuluş tarixi, Heydər Əliyevin xilaskarlıq missiyası barədə məruzə ilə çıxış edib, Ümummilli Liderin hakimiyyətə qayıdışı ilə müstəqilliyimizin qorunub möhkəmləndiyini, dövlətlə xalqın birliyinin təmin edildiyini, demokratik hüquqi dövlətin qurulduğunu vurğulayıb.
    Çıxış edən gənclər Ulu Öndərin dövlətçilik amallarına daim sadiq qalacaqlarını, dahi öndərin işıqlı xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağını söyləyiblər.
    Tədbirin davamı olaraq ədliyyə nazirinin müavini Toğrul Musayevin iştirakı ilə qonaq nazirlikdə Heydər Əliyevə və ədliyyə tarixinə həsr olunmuş muzeylə tanış olub, dahi şəxsiyyətin siyasi irsinin indiki və gələcək nəsillərə örnək olduğu qeyd edilib. Ulu Öndər Heydər Əliyevin yolu ilə gedən respublikamızın ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə hərtərəfli tərəqqisi, o cümlədən ədliyyə və məhkəmə sahəsində aparılan islahatlar və yeniliklər barədə fikir mübadiləsi aparılıb. Bu ərəfədə dövlət başçısının iştirakı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin yeni inzibati binasının, həmçinin Masallı Məhkəmə Kompleksinin videoformatda təqdim olunmaqla istifadəyə verildiyi qeyd edilərək məhkəmə-hüquq islahatlarının vətəndaşların hüquqlarının etibarlı təminatına, ədalət mühakiməsinə əlçatanlığın asanlaşmasına, məhkəmə hakimiyyətinə ictimai etimadın yüksəldilməsinə xidmət etdiyi vurğulanıb.
    Masallı Məhkəmə Kompleksinin media-tur təşkil olunmaqla ictimaiyyətə təqdimatında iştirakını xatırladan A.İsgəndərov müasir məhkəmə binalarının istifadəyə verilməsinin məhkəmə sistemində aparılan islahatlara əlavə töhfə olduğunu bildirib, kompleksdə şəffaf və innovativ məhkəmə fəaliyyətinin təşkili, xüsusilə vətəndaşların rahatlığı üçün yaradılmış müasir şəraitlə tanışlıqdan məmnunluğunu ifadə edib.
    Bayram ərəfəsində gənc ədliyyə işçiləri və könülləri, həmçinin nazirlikdə istehsalat təcrübəsi keçən "ADA" Universitetinin hüquq fakültəsinin tələbələri Müzəffər Ali Baş Komandanın təşəbbüsü ilə yaradılmış və 44 günlük Vətən müharibəsində xalqımızın parlaq Zəfərinin və ordumuzun qəhrəmanlığının təcəssümü olan Hərbi Qənimətlər Parkı ilə tanış olublar.
    Milli Qurtuluş Günü ilə bağlı, həmçinin Heydər Əliyev muzeyində zəngin və maraqlı ekspozisiyalar, kinozalda filmlər, eləcə də foto və video slaydlar nümayiş etdirilir. Nazirliyin saytında yaradılmış əbədiyaşar liderlə bağlı xüsusi bölmə zənginləşdirilib, sosial şəbəkə səhifələrində Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən materiallar paylaşılır, ədliyyə işçiləri və hakimlər tərəfindən mətbuatda çıxışlar edilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR