"Azad edilmiş bütün torpaqların su mənbələrinin xəritəsi hazırlanır".
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 14-də Füzuli rayonundakı Aşağı Köndələnçay su anbarı ilə tanışlıq zamanı çıxışında deyib.
"Bizim bütün su ehtiyatlarımız, çaylarımız, göllərimiz, su anbarlarımız - bu sərvətimiz indi bizim əlimizdədir. Bu sudan səmərəli şəkildə istifadə etmək üçün yeni kanalların çəkilməsi və köhnə kanalların bərpası məqsədilə artıq vəsait də ayrılıb, müvafiq göstərişlər verildi və geniş proqram icra edilməyə başlanmışdır", - dövlət başçısı bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.