AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Serj Sarkisyanın qardaşı oğluna 5 il 6 ay həbs verildi

  • + A
  • - A
  • 16-06-2021, 15:10


    Ermənistanın üçüncü Prezidenti Serj Sarkisyanın qardaşı oğlu Narek Sarkisyan 5 il 6 ay həbs cəzasına məhkum olunub.

    Azadmedia.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, müvafiq hökm bu gün keçirilən məhkəmə iclasında hakim Vahe Misakyan tərəfindən verilib.

    Eyni zamanda, Sarkisyanın artıq bir müddətdir həbsdə olduğu nəzərə alınaraq onun bundan sonra 3 il 6 ay həbs cəzası çəkəcəyi bildirilib.

    Xatırladaq ki, Narek Sarkisyana qarşı cinayət işi hələ 2018-ci ildə başladılıb. Keçmiş Prezidentin qardaşı oğlu qanunsuz silah saxlamaq, narkotik ticarəti və qaçırmaqda təqsirləndirilir.

    2018-ci ilin dekabrında İnterpol onun Franklin Qonzalez adlı pasportla Praqada gizləndiyini aşkarlayıb. Praqa məhkəməsi və Çexiya Ədliyyə Nazirliyi N. Sarkisyanın 2019-cu ilin dekabrında Ermənistana ekstradisiya olunmasına qərar verib. Sarkisyan 13 noyabr 2020-ci ildə həbs olunaraq 50 000 dollar girov müqabilində sərbəst buraxılsa da, 2020-ci ilin aprelində yenidən nəzarətə alınıb. O, irəli sürülən ittihamlara görə cinayət məsuliyyətini qəbul edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR