Milli Məclisin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səfərinə həsr olunan xüsusi iclası başlayıb.
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Milli Məclisinin iclasına qatılıb.
Qeyd edək ki, Ərdoğan iyunun 15-dən Azərbaycanda rəsmi səfərdədir. O, dünən Azərbaycan Prezidenti İlham Əliyevlə Şuşada görüşüb. İki ölkə başçıları müttəfiqlik haqqında Şuşa bəyannaməsi imzalayıblar.