Beynəlxalq münasibətlər sistemi öz tarixinin ən böhranlı və qeyri-sabit dövrlərindən birini yaşayır.
Azadmedia.az“Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalyada Diplomatik Forumun (ADF 2021) açılışında bildirib.
Onun sözlərinə görə, dünya nizamının qlobal sistemində qüvvələr balansının dəyişməsi prosesi müşahidə edilir.
“Ölkələr əməkdaşlıqla yanaşı, yarışırlar, hətta mübarizə aparırlar. Qlobal dünya nizamı güclü burulğanlıq şəraitində yaşamağa çalışır”, - Çavuşoğlu deyib.
Türkiyə diplomatiyasının rəhbəri qeyd edib ki, yaranmış şəraitdə Antalyada keçirilən Diplomatik Forum kimi beynəlxalq müzakirə meydanları xüsusi əhəmiyyət kəsb edir.
“2019-cu ildə başlanmış forum mürəkkəb məsələlərə və çağırışlara yeni yanaşmalar formalaşdırır, sülhə ümidin formalaşmasına öz töhfəsini verir. Əminəm ki, ideyalarımız və hərəkətlərimiz çağırışlar və ümid arasında körpü olacaq”, - Çavuşoğlu deyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.