Məlum olduğu kimi, bu gün Prezident İlham Əliyev “İşğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət edən hərbi qulluqçularının aylıq vəzifə maaşlarına Azərbaycan Respublikası Prezidentinin əlavəsinin müəyyən edilməsi haqqında” sərəncam imzalayıb.
Milli Məclisin Regional məsələlər komitəsinin üzvü, deputat Cavid Osmanov “Report”a açıqlamasında bildirib ki, hərbçilərin maaşlarının artırılması Azərbaycanın gücünün-qüdrətinin göstəricisidir:
“Eyni zamanda Prezident İlham Əliyevin diqqət və qayğısının bariz nümunəsidir. Hər zaman olduğu kimi, Vətən müharibəsi bitəndən sonra da hərbçilərin mənzil şəraitinin yaxşılaşdırılması, şəhid ailələrini narahat edən qayğıların həll edilməsi bütün hərbçilərə qayğının nəticəsidir. Həmçinin 76 mindən artıq hərbçinin orden və medallarla təltif edilməsi bir daha onu göstərir ki, Azərbaycan dövləti Silahlı Qüvvələrimizə diqqət göstərir”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.