AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ağdaşda DƏHŞƏTLİ QƏZA - Ölənlər və xəsarət alanlar var (VİDEO)

  • + A
  • - A
  • 29-06-2021, 10:00


    Ağdaşda ölümlə nəticələnən ağır yol qəzası olub.

    Azadmedia.az xəbər verir ki, hadisə Ləki qəsəbəsi ərazisində qeydə alınıb.

    İlkin məlumata görə, “Mercedes” markalı minik avtomobili sürücü, Bakı sakini, 1959-cu il təvəllüdlü Salmanov Ramiz İbrahim oğlunun idarə etdiyi MAN markalı yük maşınına çırpılıb. Qəza nəticəsində "Mercedes"də olan 2 nəfər həlak olub, daha 1 nəfər yaralanıb. Yaralı Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

    Hadisə yerinə təcili tibbi yardım və yol polisi cəlb edilib. Qəzada ölənlərin və yaralananın şəxsiyyəti dəqiqləşdirilir.

    Faktla bağlı araşdırma aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR