“Uğurlarımıza səbəb ölkə başçısının idmana, idmançılara olan diqqət və qayğısıdır”
Azadmedia.az xəbər verir ki, bu gün Azərbaycan Milli İdman Növləri Assosiasiyasının prezidenti Kazım Qurbanov bir qrup idmançı ilə görüşüb, Avropa çempionatında əldə etdikləri uğurlu nəticəyə görə onları təbrik edib. İdmançılarımızın bu qələbəsinin Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olan şəhidlərin xatirəsinə ithaf edildiyini bildirən Kazım Qurbanov qeyd edib ki, idmançılarımızın əldə etdiyi qalibiyyət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin idmana olan qayğısının nəticəsidir.
Kazım Qurbanov Azərbaycan Gənclər və İdman Nazirliyinə, Milli Olimpyia Komitəsinə, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyevə idmançılara göstərilən diqqət və qayğıya görə də minnətdarlığını bildirib.
Xatırladaq ki, 21-28 iyun 2021-ci il tarixlərində Tatarstan Respublikasının Kazan şəhərində Kəmər güləşi üzrə dünya çempionatı və sumo üzrə gənclər və böyüklər arasında keçirilən Avropa çempionatının yekun nəticələri bəlli olub. İdmançılarımızdan Feyziyev Camal sumo güləşi üzrə +115 kq çəkidə III yerə, mütləq çəkidə I yerə,kəmər güləşi üzrə mütləq çəkidə I yerə, Əliyev Sadiq sumo güləşi üzrə U 21 gənclər arasında 77 kq çəkidə III yerə, Ələsgərov Kamal U 23 gənclər arasında 77 kq çəkidə III yerə, Abdullayev Xəyyam kəmər güləşi üzrə 70 kq çəkidə III yerə, Hacıyev Vəliş sumo güləşi üzrə gənclər arasında 92 kq çəkidə III yerə və kəmər güləşi üzrə 90 kq çəkidə III yerə layiq görülüb. Yığma komandamız kəmər güləşi üzrə komanda hesabında II yeri tutub. Komandanın üzvü Feyziyev Camala kəmər güləşi üzrə mütləq çəkidə qalib gəldiyinə görə maşın hədiyyə edilib.
Çempionatda Seymur Qurbanov və Rəsul Həsənov hakim qismində ədaləti qoruyublar.
Sumo üzrə gənclər və böyüklər arasında Avropa çempionatı
Camal Feyziyev gənclər arasında (+115 kq çəki dərəcəsində) III yer, mütləq çəkidə I yer
Sadiq Əliyev (77 kq çəki dərəcəsində) U-21 gənclər arasında III yer
Kamal Ələsgərov (77 kq çəki dərəcəsində) U-23 gənclər arasında III yer
Vəliş Hacıyev (92 kq çəki dərəcəsində) U-21 gənclər arasında III yer
Kəmər güləşi idman növü üzrə dünya çempionatı
Camal Feyziyev mütləq çəkidə (130+ kq çəki dərəcəsində) I yer.
Xəyyam Abdullayev (70 kq çəki dərəcəsində) III yer
Vəliş Hacıyev (90 kq çəki dərəcəsində) III yer
Yığmamız bu nəticə ilə komanda hesabında II yeri tutub.