Müğənni Şəbnəm Tovuzlu və klarnet ifaçısı Hüseyn arasında qalmaqal yaşanıb. Belə ki, qadınlardan danışan musiqiçiyə müğənni Şəbnəm Tovuzlu münasibət bildirib.
"Əsas odur ki, kişi qadına əl qaldırmasın. Neçə ildir ailəliyəm, yoldaşım əl qaldırmayıb. Təhqir də etməyib. Kişi əsəbi ola bilər, qadına deyiləcək söz ola bilər. Qadına niyə əl qaldırasan ki? Anadır, bacıdır".
Şəbnəmin bu sözlərinə Hüseyn "Hər qadın ana deyil. Əxlaqsız qadına ana deyim? Mənim üçün əxlaqsız qadın ana ola bilməz. Mənim bacım deyil" deyərək, etiraz edib.