Birinci Qarabağ müharibəsində Laçın rayonunda şəhid olan Salmanov Vaqifin oğlu Salmanzadə Hikmət ötən gün axşam saatlarında intihara cəhd edib.
Unikal.org-un məlumatına görə, şəhid oğlu paytaxtın Xətai rayonunda yaşadığı evdə özünü yandırıb. Təcili tibbi yardımla 5 saylı xəstəxananın yanıq şöbəsinə yerləşdirilən şəhid oğlunun vəziyyəti orta ağır kimi dəyərləndirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.