AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanda bu kartların verilməsi dayandırılır - Artıq şəxsiyyət vəsiqəsi ilə…

  • + A
  • - A
  • 1-07-2021, 17:51


    Yaxın gələcəkdə Azərbaycanda elektron sağlamlıq kartlarının verilməsi dayandırılacaq.

    Bu barədə Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzindən APA-ya bildirilib.

    Mərkəzdən qeyd olunub ki, artıq vətəndaşlara aid sağlamlıq haqqında və digər məlumatlar onların şəxsiyyət vəsiqələrinə inteqrasiya olunacaq.

    "Beləliklə, Səhiyyə Nazirliyinə kartların alınıb-paylanması ilə bağlı vəsait verilməyəcək, bu proses artıq dayandırılıb.

    Hazırda az sayda elektron sağlamlıq kartı qalıb ki, onların da paylanılması bitmək üzrədir", - deyə Mərkəzdən qeyd ediblər.

    Diabet və tibbi müayinə keçirən xəstələrə gəldikdə, Mərkəzdən bildirilib ki, bu kateqoriyalardan olan pasiyentlər barədə zəruri məlumatlar onların şəxsiyyət vəsiqəsinin FIN kodu əsasında sistemdə öz əksini tapacaq.

    Qeyd edək ki, bu günədək Mərkəz tərəfindən ölkə üzrə yeni doğulan körpələrin valideynlərinə 1,4 milyondan çox e-sağlamlıq kartları verilib.

    Bununla yanaşı, diabet xəstələrinə 112 mindən, tibbi müayinə keçirən xəstələrə isə 3,5 mindən çox kart verilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR