AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

2 iyul Polis Günü münasibətilə tədbir keçirilib

  • + A
  • - A
  • 2-07-2021, 08:26


    Uğur Gənclər Təşkilatı Günel Əliqızının təşkilatçılığı ilə 2 iyul Polis Günü münasibəti ilə bir qrup gənclərlə və Tərtər rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə polis şəhidi, Ağdərə döyüşlərində qəhrəmancasına şəhid olmuş Polad Ərəbovun bulaq abidə komplüksini ziyarət etmiş, şəhidin ailə üzvləri ilə görüşmüşdür. Şəhidin ailəsi göstərilən diqqət və qayğıya görə Daxili İşlər Nazirliyinə, Tərtər Polis İdarəsinin rəisi polkovnik leytenant Elçin Qasımova minnətdarlığını bildirmişdir. Günel Əliqızı və Elçin Qasımov ailənin problemləri ilə maraqlanmışdır. Daha sonra Tərtər Polis İdarəsində gənclər və polislərin görüşü baş tutmuşdur. Gənclər polislərə xatirə hədiyyələri təqdim etmişdir. Daha sonra polis rəisi Elçin Qasımov gəncləri çay süfrəsinə dəvət etmişdir. Gəncləri maraqlandıran suallara cavab verən polis rəisi ictimai sabitlikdən, cənab nazirin polis orqanlarının qarşısına qoyduğu məqsədlərdən danışmış,gənclərə zərərli vərdişlərdən uzaq durmağı tövsiyə etmişdir. Tədbirin təşkilatçısı Günel Əliqızı Daxili İşlər Nazirliyinin rəhbərliyinə yaratdığı şəraitə, hər zaman dəstəklərinə görə təşəkkürünü bildirmişdir. Səmimi qəbul və görüş üçün Tərtər Polis İdarəsinin rəisinə minnətdarlığını vurğulamış.

    Şərəfli və müqəddəs peşə sahibi olan bütün polislər, Bayramınız mübarək!








    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR