AzGold MMC-nin sabiq rəhbəri Müşfiq Muxtarovun məhkəmə prosesi keçirilib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində AzGold MMC-nin sabiq rəhbəri Müşfiq Muxtarovun məhkəmə prosesi keçirilib.
Azadmedia.az xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində prokuror çıxış edib və M.Muxtarova 11 il həbs cəzası istəyib.
Qeyd edək ki, M.Muxtarov Cinayət Məcəlləsinin 178.3.2, 310, 308-ci maddələri ilə ittiham edilir.
www.AzadMedia.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR