AZTV-nin sədri əməkdar jurnalisti vəzifəsindən azad etdi
Azərbaycan Dövlət Televiziyasının (AZTV) xəbərlər xidmətinin redaktoru vəzifəsindən azad olunub.
Azadmedia.az xəbər verir ki, AZTV-nin sədri Rövşən Məmmədovun əmri ilə xəbərlər xidmətinin redaktoru, əməkdar jurnalist Faiq Sadıqov işində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad olunub.
Qeyd edək ki, Faiq Sadıqov ölkədə tanınan jurnalistlərdəndir. O müxtəlif qəzetlərdə fəaliyyət göstərmiş, daha sonra uzun illər AZTV-də çalışmışdır.
www.AzadMedia.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR