AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Prezident Erdoğanın "Azərbaycanda bir Türk hərbi bazası yaradıla bilər" cavabı Rusiyanı ciddi narahat edib - Politoloq

  • + A
  • - A
  • 5-07-2021, 08:48


    Prezident Cənab Erdoğanın "Azərbaycanda bir Türk hərbi bazası yaradıla bilər" cavabı Rusiyanı ciddi narahat edib - Politoloq


    Prezident Rəcəb Tayyib Erdoğan, Azərbaycana səfərindən qayıdarkən jurnalistlərə - "Türkiyənin hərbi bazasına Azərbaycan cəmiyyətində də ciddi bir tələb var. Bu yeni razılaşma çərçivəsində bir hərbi baza ola bilərmi? Şuşa Bəyannaməsi hərbi bazanı əhatə edirmi? " kimi sualları cavablandırarkən belə bir cavab gəlmişdi:
    “Hərbi baza müvzusunda sonradan da inkişaf ola bilər”
    "İndi bu, izah etdiyimiz maddələrin xaricində deyil. Burada daha da inkişaf və genişlənmə ola bilər.”, dedi.

    Bu barədə, Politoloq Ülkər Piriyeva Azadmedia.az-a şərhində bildirib ki,
    Cənab Erdoğanın bu cavabı üzərinə, rəsmi Kreml, "Azərbaycanda bir Türk hərbi bazasının yaradılması ilə bağlı inkişafları diqqətlə izləyirik", - deyə yaxın günlərdə Kremlin açıqlamasında bildirilib.
    Hətda, Rusiya KİV-lərində bu mövzuda yayımlanan xəbərlər - "Türkiyənin Azərbaycandakı hərbi bazası Rusiya üçün təhlükəli bir çağırış olacaq", "Türkiyə Azərbaycanda hərbi baza qura bilər”, “Erdoğan Azərbaycanda bir Türk hərbi bazası qurma ehtimalı haqqında danışdı” kimi başlıqlarla dərc olundu, deyə qeyd etdi.
    Politoloq açıqlamasında – Azərbaycan ilə Türkiyə arasında imzalanmış olan “Şuşa Bəyannaməsi” iki ölkə arasındakı qardaşlıq hissinə yeni və daha çox məna və əhəmiyyət qazandırdı. Məsələnin tarixi və strateji tərəfləri olduğundan, uzun müddət susmalarına rəğmən razılaşmadan sonrakı vəziyyətin bəzi ölkələrdə diqqətlə izlənildiyini hamımız çox yaxşı bilirik. Şübhəsiz ki, bu ölkələr arasında ilk yerdə Rusiya və Ermənistan gəlir.
    Cənab Erdoğan bir sual üzərinə, bu gün deyil, gələcəkdə Azərbaycanda bir Türk hərbi bazası qurmağın mümkün olduğunu söyləməsi, bir müddət susaraq inkişafları izləyən Kreml rəhbərliyinin bu vəziyyətdən məmnun qalmadığını sonradan bəlli etdi.
    Elə bu minvalla, Putinin sözcüsü Peskov, "Türkiyənin bu hərəkəti səbəbiylə Rusiyanın öz təhlükəsizliyini və maraqlarını təmin etmək üçün addım atması lazım ola biləcəyini" mətbuata açıqladı.
    NATO-nu da işin içinə əlavə edən Peskov, “Azərbaycan və Ermənistanın toqquşduğu Cənubi Qafqazdakı vəziyyəti sabitləşdirmək üçün Rusiyanın da NATO üzvü olan Türkiyə ilə yaxın əlaqədə olduğunu” da, bildirib.
    Bu qısa açıqlamada belə, Türkiyənin Rusiyanı iki düşmən ölkədən biri elan edən NATO-nun təhlükəsizliyi üçün nə qədər əhəmiyyətli olduğunu göstərir. Digər iki NATO ölkəsi Fransa və ABŞ bu müddətdə istədikləri effektivliyi göstərə bilməsələr də belə, Türkiyə vasitəsilə Cənubi Qafqazda bir yerləşdirmə sahəsi tapa bildikləri çox açıq görünür.
    Bazanın yaradılması məsələsinə gəldikdə isə, yaxın gələcəkdə hərbi bazanın yaradılması ehtimalı çətin görünür. Hər iki ölkənin bunu etmək hüququ var. Bəlkə də bu mənada Azərbaycanın Qoşulmama Hərəkatının fəal üzvü olduğu nəzərə alınmalıdır.
    Ancaq unutmamalı olduğumuz başqa bir vacib məqam var: Qarabağda razılaşma maddələrinin icrasındakı pozulmalar, maddələrə uyğun gəlməmə və sıx qarşıdurma riski kimi vəziyyətlər meydana gəlsə, məhz bu Türkiyənin bu bazanı qurma ehtimalını tamamilə gücləndirəcəkdir.
    Peskovun açıqlamalarından anladığımız Şuşa Bəyannaməsinə əsaslanaraq, Türkiyə ilə Azərbaycan arasında baza yaradılması vəziyyəti rusları çox narahat etdi. Ancaq bu baxımdan baxaq: Bu gün Rusiyanın dünyanın 20-dən çox ölkəsində hərbi bazası və ya əsgərləri var. Bu bazalardan ən əsası Ermənistanda, yəni Gümrüdə yerləşir.
    Burada yerləşdirilən 3000-dən çox əsgərlə yanaşı, raketləri də yerləşdirilib. Yerevanda bu bazaya bağlı avadanlıqların olduğu da bilinir. Yenə də Qarabağdakı atəşkəsin bir hissəsi olaraq, Azərbaycan sərhədinə yaxın bir bölgədə məskunlaşmış "Rusiya Sülhməramlıları" əsgərləri ilə artıq Azərbaycanla Türkiyə arasındakı bölgədə ciddi bir Rusiya hərbi varlığı yerləşdirilib. Hərbi bazanın olduğu Gümrü də, Qarsdan cəmi 66 kilometr məsafədədir.

    Gəlin Rusiyanın Şuşa Bəyannaməsinə olan narahatçılığını nəzərə alaraq digər məqamlara diqqət yetirək..

    Belə ki, Suriya və Krım var. Bilirik ki, Rusiyanın hər iki ölkədə çox böyük tutumlu hərbi bazaları var.
    İndi belə bir vəziyyət qarşısında aşağıdakı sualları necə düşünə bilmərik:

    - Azərbaycanın dəvəti və təsdiqi ilə, əgər, Türkiyənin hərbi baza qurması NATO təhdidi kimi hesab edilir isə, görən, Türkiyə-Azərbaycan strateji tərəfdaşlığını bu qədər təhlükəli görmək nəyin təhdidi ola bilər?
    - Bəs Rusiya, o qədər ölkədə nə işin var?
    - Eyni zamanda, madam ki, atəşkəs, sülh və əmin-amanlıq həqiqətən vacibdirsə, bölgədəki bütün ölkələr də buna diqqət yetirməli deyilmi?!..


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR