AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Aktrisa Merilin Manronun ölümü ilə bağlı şok faktlar üzə çıxıb

  • + A
  • - A
  • 5-07-2021, 20:16

    Azadmedia.az xəbər verir ki, Amerikalı məşhur aktrisa Merilin Manronun ölümü ilə bağlı şok faktlar üzə çıxıb.
    Belə ki, Merilin Monronun ölümünün 60-cı ildönümündə nəşr olunacaq kitabda məşhur aktrisanın ABŞ-ın eks-prezidenti Con Kennedinin qardaşı Robert Kennedi tərəfindən öldürüldüyü iddia edilir.
    Aktrisa Merilin Manronun ölümü ilə bağlı şok faktlar üzə çıxıb
    Keçmiş polis məmuru Mayk Rossmiller Los Anceles polis arxivində apardığı araşdırmada bu barədə məlumat tapdığını iddia edir. Rossmillerin dediyinə görə, Merilinin son anlarına şahid olan aktyor Piter Lauford 20 il sonra bunu etiraf edib ki, gənc aktrisa Kennedi sülaləsini qorumaq üçün öldürülüb.

    Qeyd edək ki, Mayk Rossmiller və Duqlas Sompsonun “Fəlakət: Gecə Bobbi Kennedi Merilin Monronu öldürdü” adlı kitabı iyulun 8-də İngiltərədə çapdan çıxacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR